AZ

İtaliya şirkəti “Permasteelisa” Azərbaycanda fəaliyyətini dayandırır

“Permasteelisa” ASC-nin Azərbaycan Respublikasındakı Filialı ləğv olunduğunu elan edir.

Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 3 ünvanına bildirə bilərlər.

Permasteelisa — İtaliyada yaranmış, dünyanın ən iri memarlıq fasad şirkətlərindən biridir. Fəaliyyət sahəsi memarlıq fasadlarının, şüşə və alüminium konstruksiyaların dizaynı, istehsalı və quraşdırılmasıdır.

Seçilən
8
banker.az

1Mənbələr