AZ

Qəzzada ölənlərin sayı 91 ə yüksəlib Yenilənib

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 11 nəfərə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fələstinin “HƏMAS” hərəkatına yaxın “Al Aqsa” telekanalı məlumat yayıb.

Bildirilir ki, hava hücumları hələ də davam edir. Qəzza şəhəri və sahilboyu yaşayış məntəqələri intensiv atəşə tutulub.

Bundan başqa, Qəzza zolağının şimal hissəsində yerləşən məcburi köçkünlərin məskunlaşma mərkəzi də hədəfə alınıb. Hücum nəticəsində ölən və yaralananlar barədə əlavə məlumat açıqlanmayıb.

***

“Al Arabiya” telekanalının məlumatına görə, Qəzzaya zərbələr nəticəsində ölənlərin sayı 65-ə çatıb.

Həlak olanların 20-dən çoxunun uşaq olduğu bildirilib.

***

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Qəzza zolağında həlak olanların sayı 91 nəfərə yüksəlib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
3
qafqazinfo.az

4Mənbələr