AZ

ABŞ - Meksika gərginliyi artır - Amerika səfiri Meksika XİN-ə çağırılıb


Narkotik qaçaqmalçıları daşıyan katerin Sakit Okeanda Birləşmiş Ştatların hərbçiləri tərəfindən məhv edilməsindən ABŞ-nin Mexikodakı səfiri Ronald Conson sonra Prezident Klaudiya Şeynbaumun tapşırığı ilə Meksikanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki açıqlamada bildirilib.
Nazirlik qeyd edib ki, xarici işlər naziri Xuan Ramon de la Fuente və hərbi dəniz qüvvələri naziri Raymundo Morales Anceles ilə ABŞ səfirinin görüşün məqsədi Meksika və ABŞ arasında dəniz sahəsində ikitərəfli koordinasiyanı gücləndirmək olub.
"Tərəflər qarşılıqlı anlaşma şəraitində əsas prioritetlərin dənizdə insanların həyatını xilas etmək və milli suverenliyə tam hörmət olduğunu vurğulayıblar", - bəyanatda qeyd olunub.

Mətləb

Seçilən
22
3
baki-xeber.com

4Mənbələr