AZ

“Qalatasaray”da Sinqo sevinci

Idmanxeber.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Beşiktaş”la derbidə zədələnən “Qalatasaray”ın futbolçusu Vilfrid Singo sağalıb.

İdmanxeber.az xəbər verir ki, fərdi məşqlərini davam etdirən fil dişili müdafiəçi “Trabzonspor”la oyunda meydana çıxmaq istəyir. Onun yaxın günlərdə komanda ilə birgə məşqlərə başlayacağı gözlənilir.

Singonun “Trabzonspor” matçında oynayıb-oynamayacağına baş məşqçi Okan Buruk qərar verəcək.

Əgər Singo matçda iştirak edə bilməsə, “Qalatasaray”da Abdülkerim Bardakçı ilə yanaşı mərkəz müdafiəçisi kimi Kaan Ayhan, Arda Ünyay və Mario Lemina əsas namizədlər sayılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
idmanxeber.az

2Mənbələr