Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiya və Ukrayna arasındakı münaqişənin həllinə yardım etməyə hazıram.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya Prezidenti Li Çje Myon ilə Köndju şəhərində keçirilən görüşdə bildirib.
“Mənə bir çox qlobal problemləri həll etmək nəsib olub. Hətta dünyada bu qədər problem olduğunu belə bilmirdim. Biz bir çox məsələləri həll etdik, yalnız biri qaldı - Rusiya və Ukrayna. Düşünürəm ki, bunu da bacaracağıq”, - Tramp qeyd edib.
Qeyd edək ki, Tramp və Cənubi Koreya Prezidenti arasında görüş Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatı xətti ilə təşkil olunan tədbirlər çərçivəsində baş tutub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.