ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Kyonju şəhərində keçirilən APEC sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdən qarşılıqlı faydalı razılaşma əldə olunacağına ümid etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb.
"Düşünürəm ki, biz razılaşma əldə edəcəyik", – deyə Tramp açıqlamasında bildirib.
ABŞ lideri qeyd edib ki, qarşılıqlı anlaşma əldə etmək münaqişələri davam etdirməkdən və yeni problemlər yaratmaqdan daha məqsədəuyğundur.
Ağ Evin mətbuat katibi Kerolayn Levitin sözlərinə görə, Tramp və Si Cinpin arasında görüş 30 oktyabrda Cənubi Koreyada baş tutacaq.
Məlumata görə, danışıqlar zamanı ABŞ Prezidenti Çinin Rusiya neftinin alışını azaltmaq məsələsini və Ukraynadakı vəziyyətin tənzimlənməsini müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nim NATO-dakı daimi nümayəndəsi Trampın Si Cinpindən Rusiya üzərində təzyiq göstərməyi xahiş edəcəyini bildirmişdi.