AZ

Amerikalı səfirdən Rusiyaya xəbərdarlıq – “Bu, hələ başlanğışdır”

“Əgər Vladimir Putin Ukraynada müharibəni dayandırmağa razı olmasa, ABŞ prezidenti Donald Tramp ona təzyiqləri artırmaq niyyətindədir”.

NOCOMMENT.az xəbr verir ki, bunu “Bloomberg” agentliyinə müsahibəsində ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker deyib.

Amerikalı səfirin sözlərinə görə, sanksiyalar Ağ Evin nəzərdə tutduğu tədbirlərin yalnız bir hissəsidir.

“Biz bu sanksiyaları tətbiq etmişik və onlara əməl etmək niyyətindəyik. Ola bilsin ki, bu, Putini danışıqlar masası arxasına oturmağa və müharibəni bitirməyə vadar edəcək və ya ən azı atəşkəs əldə edəcək ki, yekun həll yolu işlənilsin”, – diplomat bildirib.

Metyu Uitaker ölkəsinin yeni tədbirlərini “hələ başlanğıcdır” kimi qiymətləndirib: “Prezident Tramp bütün kartları əlində saxlayır və bu, onlardan yalnız biridir. Hələ digər başqaları var”.

ABŞ prezidenti oktyabrın 23-də Rusiyanın ən böyük enerji şirkətləri “Lukoil” və “Rosneft”ə, eləcə də onların törəmə şirkətlərinə qarşı sərt sanksiyalar tətbiq edib.

“Bloomberg”in qeyd edir ki, bu, Trampın Ağ Evə qayıtmasından sonra ABŞ-nin Rusiyaya qarşı qəbul etdiyi ilk maliyyə məhdudiyyətləri paketidir. Qərar Moskvanın Ukraynada hərbi əməliyyatları dayandırmaq istəmədiyi fonunda verilib.

Sanksiyaların elanından sonra hər iki şirkətin səhmləri kəskin ucuzlaşıb və bu, Moskva birjasında ucuzlaşmaya səbəb olub. Satış məlumatlarına görə, “Lukoil” və “Rosneft”in birgə kapitallaşması oktyabrın 23-dən 24-dək 424 milyard rubl (təxminən 5,2 milyard dollar) azalıb.

Xatirə SADİQ

Seçilən
27
nocomment.az

1Mənbələr