AZ

UNEC-də elmin rəqəmsallaşdırılmasında yeni mərhələ: AVESİS platforması təqdim olundu (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi fəaliyyətinrəqəmsallaşdırılması istiqamətində növbəti yenilik həyatakeçirilib. Universitetdə elmi məlumatların vahid idarəetmə sistemiüzərindən toplanmasını və analizini təmin edən AVESİS (AcademicData Management System) platformasının təqdimatı keçirilib.

Tədbirdə Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ)professoru Adem Kalınlı platformanın funksionallığı və onun elmiidarəetmə proseslərində tətbiq imkanları barədə ətraflı təqdimatlaçıxış edib. Bildirib ki, AVESİS platforması UNEC-də akademikheyətin elmi fəaliyyətinə dair məlumatların toplanması, idarəolunması və sistemləşdirilməsi üçün yaradılmış çoxfunksiyalıidarəetmə sistemidir. Platforma vasitəsilə universitetəməkdaşlarının elmi məqalələri, istinadları, tədqiqat layihələri,patentləri və digər akademik göstəriciləri vahid məlumat bazasındatoplanaraq, elmi potensialın real vaxt rejimində izlənməsi mümkünolacaq.

Yeni sistem UNEC-də dataya əsaslanan qərarvermə prosesinintəkmilləşdirilməsinə, elmi nəticələrin ölçülməsi və təhlilinin dahaşəffaf və operativ aparılmasına şərait yaradacaq. Bununla yanaşı,AVESİS universitetin beynəlxalq reytinqlərdəki mövqeyininmöhkəmləndirilməsi və elmi fəaliyyətin qlobal standartlarauyğunlaşdırılması baxımından da mühüm alət rolunu oynayacaq.

Professor Adem Kalınlı çıxışı zamanı bildirdi ki, elmifəaliyyətin rəqəmsallaşdırılması müasir universitetlərin idarəetməsisteminin əsas tərkib hissəsinə çevrilib: “Bu platformauniversitetlərdə elmin yalnız nəticələrini deyil, bütün prosesiniizləməyə imkan verir. AVESİS vasitəsilə elmi göstəricilərinanalizi, əməkdaşların fəaliyyət xəritəsinin hazırlanması vəstrateji qərarların verilməsi daha effektiv şəkildə mümkünolur.”

UNEC-in rektoru, professor Ədalət Muradov rəqəmsallaşmanın elmifəaliyyətin idarə olunmasında müasir yanaşmaların tətbiqinisürətləndirdiyini, məlumatların şəffaf, ölçülə bilən və analitikəsaslarla idarə edilməsinə imkan yaratdığını bildirib. O,platformanın tətbiqinin UNEC-in elmi fəaliyyətinin beynəlxalqgörünümlüyünü və tanınmasını artıracağını, elmi nəticələrin qlobalakademik məkanla inteqrasiyasını sürətləndirəcəyini vəuniversitetin beynəlxalq elmi reytinqlərdə mövqeyinin daha damöhkəmlənməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Təqdimatdan sonra UNEC-də elmin rəqəmsallaşdırılmasıistiqamətində son bir ildə görülmüş işlərin nəticələri müzakirəolunub.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Məqalədə:
Seçilən
39
8
az.trend.az

9Mənbələr