AZ

Paşinyan: II Qaregin kilsədən uzaqlaşdırılıb

BAKI, 29 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı videoda katolikos II Qareginin keşiş Aramı kilsədən uzaqlaşdırmaq səlahiyyətinə malik olmadığını bildirib.

Teleqraf xəbər verir ki, o, videonu “sensasion xəbər” başlığı ilə paylaşıb.

Baş nazir qeyd edib ki, II Qaregin erməni kilsəsinin nizamnaməsinə əsasən katolikos ola bilməz:

“Problem ondadır ki, Ktriç Nersisyan (II Qaregin) subaylıq andını pozduğu üçün katolikos ola bilməz. Bu səbəbdən o, artıq kilsədən kənarlaşdırılıb. Belə olan halda, kilsədən uzaqlaşdırılmış şəxs başqa birini uzaqlaşdıra bilməz. Buna görə də keşiş Aram Asatryan Hovhannavankda ibadət apara bilər”.

O əlavə edib ki, keçən bazar günü olduğu kimi, bu bazar da Hovhannavank monastırında keçiriləcək liturgiyada iştirak edəcək.

Seçilən
24
8
teleqraf.com

9Mənbələr