AZ

Azərbaycanlı general Rusiyada 9 il azadlıqdan məhrum edildi

Rusiya Milli Qvardiyasının maddi-texniki təminat üzrə keçmiş rəis müavini, azərbaycanlı general Mirzə Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Bakuinfo" Globalinfo.az-a istinadən xəbər verir ki, Rostov-na-Don qarnizonu hərbi məhkəməsi Mirzəyevi 9 il müddətinə ciddi rejimli islah koloniyasında cəza çəkib. O, xüsusilə külli miqdarda hədə-qorxu ilə tələb etməkdə və rüşvət almaqda təqsirli bilinib. 53 yaşlı Mirzə Mirzəyev 2024-cü ilin noyabrında həbs edilib. İstintaqın məlumatına görə, o, 2023-cü ildə yığma tikinti modulları istehsal edən şirkətin rəhbərliyindən 140 milyon rubl rüşvət alıb. İşin ümumi dəyəri 479,9 milyon rubl təşkil edib. Sövdələşmənin müqabilində Mirzəyev müqavilə məbləğinin artırılmasını təklif edib.

Seçilən
0
5
bakuinfo.net

6Mənbələr