
Məşhur müğənni Alla Puqaçova Bolqarıstanda özünə yeni mülk alıb.
Reyting.az xəbər verir ki, bu barədə Bolqarıstan KİV-i özəl mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, rusiyalı müğənni paytaxt Sofiyanın kənarındakı qapalı icmada 500 min avro dəyərində müasir villanın sahibi olub.
Alqı-satqı müqaviləsi rəsmi nümayəndələr vasitəsilə bağlanıb və əmlakı şəxsən yoxlamadan layihə sənədləri əsasında seçiblər.
Məlumata görə, Alla Puqaçova və Maksim Qalkin Kiprdə yaşamağa davam edərək, 2026-cı ilin mart ayına qədər yeni mülkə baş çəkməyi planlaşdırmırlar.
V. QULİYEV