AZ

Ceyhun Bayramov: qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram

BAKI, 29 oktyabr. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Respublika Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.

"29 Oktyabr – Türkiyə Respublikasının qurulmasının qeyd olunduğu Respublika Günü münasibətilə qardaş və dost Türkiyəni ürəkdən təbrik edirəm. Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir. Əminəm ki, ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf edəcəkdir. Bu xoş gündə, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram", - Ceyhun Bayramov yazıb.

Seçilən
36
17
teleqraf.com

10Mənbələr