AZ

Şirniyyat məhsulları istehsal edən şirkətin ekspeditoruna cəza verildi

Abşeron Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Taryel Gözəlovun (adı, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


İttiham aktına əsasən, Taryel Gözəlov müxtəlif ad, çeşid və miqdarda şirniyyat və quru qida məhsullarının istehsalını və satışını həyata keçirən MMC-lərdən birində 2020-2021-ci illərdə ekspeditoru vəzifəsində çalışıb. O, 12 may 2021-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək olan müddət ərzində rəsmi hesab fakturaları ilə şirkətdən götürdüyü məhsulları satış obyektlərinə sataraq, ümumilikdə 22 447,47 manat pulu mənimsəyib.


Məhkəmədə Taryel Gözəlov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
 

Kamal Məmmədov 

Tarix: 29 Oktyabr 2025, 08:33   
Seçilən
29
pravda.az

1Mənbələr