AZ

Qlobal istiləşmə 1,5°C həddini aşacaq XƏBƏRDARLIQ

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

BMT-nin baş katibi Antoniu Quterreş yaxın illərdə dünyada orta temperaturun artıq əvvəlcədən müəyyən olunmuş 1,5°C-lik təhlükəli həddi keçəcəyini bildirib.

Moderator.az xəbər verir ki, o, bu barədə “The Guardian” qəzetinə müsahibəsində danışıb.

“Gəlin etiraf edək – biz uğursuz olmuşuq. Həqiqət budur ki, 1,5°C həddinin aşılmasının qarşısını ala bilmədik və bu, yaxın illərdə baş verəcək. Bu həddin aşılması dağıdıcı nəticələrə gətirib çıxaracaq. Bəzi nəticələr isə dönüş nöqtəsinə çevriləcək – istər Amazon meşələrində, istər Qrenlandiyada, istər Qərbi Antarktikada, istərsə də mərcan riflərində,” – deyə Quterreş qeyd edib.

O, Braziliyada keçiriləcək COP30 iqlim sammitinə toplaşacaq dünya liderlərini məsuliyyətli addımlar atmağa çağırıb:

“Nə qədər geciksək, atmosferə zərərli tullantıların azaldılması bir o qədər çətin və nəticələr daha faciəvi olacaq”. 

Ekspertlərə görə, bu xəbərdarlıq qlobal iqlim böhranının kritik mərhələyə çatdığını bir daha göstərir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
moderator.az

10Mənbələr