AZ

ABŞ səsdən sürətli X-59 təyyarəsini ilk dəfə sınaqdan keçirdi

BAKI, 29 oktyabr. TELEQRAF

ABŞ-də səsdən sürətli X-59 təyyarəsinin ilk sınaq uçuşu uğurla həyata keçirilib.

Teleqraf xəbər verir ki, layihə "Lockheed Martin" şirkəti və NASA tərəfindən birgə hazırlanıb.

"Lockheed Martin"in məlumatına görə, təyyarə Kaliforniyada yerləşən "Skunk Works" zavodundan havaya qalxaraq, NASA-nın Armstronq adına Tədqiqat Mərkəzi yaxınlığındakı eniş zonasına təhlükəsiz enib.

“X-59 bütün ilkin uçuş tapşırıqlarını yerinə yetirdi və uçuş xüsusiyyətlərini uğurla sınaqdan keçirdi”, - şirkətin açıqlamasında bildirilib.

"Lockheed Martin"in vitse-prezidenti və baş direktoru O. C. Sançes təyyarəni “innovasiya və təcrübənin simvolu” adlandıraraq vurğulayıb ki, şirkət səsdən sürətli texnologiyaların ön sırasındadır.

X-59 təyyarəsi minimum səs effekti ilə səsdən yüksək sürətlə uçuşlar üçün nəzərdə tutulub. Şirkət nümayəndələri qeyd ediblər ki, bu texnologiyanın tətbiqi gələcəkdə sərnişin və yük daşımalarını iki dəfə sürətlə həyata keçirə biləcək yeni nəsil təyyarələrin yaradılmasına yol açacaq.

Seçilən
55
7
teleqraf.com

8Mənbələr