AZ

Lukoyl Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxardı

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-ın Rusiya neft şirkətləri "Rosneft” və "Lukoyl”un törəmə qurumlarını sanksiya siyahısına daxil etməsindən sonra "Lukoyl”dan diqqətçəkən açıqlama verilib. Avtosfer.az-ın "Valyuta.az"a istinadən verdiyi xəbərə görə, Türkiyə, Rumıniya, Bolqarıstan və Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə yanacaqdoldurma məntəqələri işlədən şirkət, xarici aktivlərini satışa çıxarmaq qərarına gəldiyini bildirib. "Lukoyl” Azərbaycanda 87 yanacaqdoldurma məntəqəsi və 1 neft bazası ilə fəaliyyət göstərir.

Şirkətin rəsmi internet saytında yayımlanan açıqlamada qeyd olunub:  

"Lukoyl beynəlxalq aktivlərini satmaq niyyətindədir. Potensial alıcılardan təkliflərin qiymətləndirilməsi prosesinə start verilib”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
4
avtosfer.az

5Mənbələr