ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstanın müxalif “Qaxariya Gürcüstan naminə” partiyasının deputatları parlamentdə fraksiya formalaşdırıb.
Redaktor.az xəbər verir ki, qanunverici orqanın Prosedur məsələlər komitəsi fraksiyanı qeydə alıb.
Komitə sədri Davit Matikaşvili bildirib ki, “Gürcüstan naminə” fraksiyası 10 deputatdan ibarət olacaq və ona Şalva Kereselidze rəhbərlik edəcək.
Qeyd edək ki, “Qaxariya Gürcüstan naminə” partiyasını 2021-ci ilin mayında keçmiş Baş nazir Giorgi Qaxariya təsis edib. O, bu ilin iyunundan Almaniyadadır və bu ölkədə yaşayış icazəsi alıb.
Partiya ötən il keçirilmiş parlament seçkilərində 12 deputat mandatı qazanıb. Siyasi birlik seçkilərin nəticələrini tanımadığından qanunverici orqanda təmsilçilikdən imtina edib. Siyasi təşkilat ötən həftə boykota son qoyub və deputat seçilmiş üzvləri bu gündən parlamentdə fəaliyyətə başlayıblar. Onlardan biri partiyanın siyasi şurasının üzvü Rusudan Tevzadze ötən gün deputat mandatından imtina edib və partiyadan istefa verib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.