ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“İnter Mayami”nin hücumçusu Lionel Messi hesab edir ki, bəzi oyunları ABŞ-da keçiriləcək 2026-cı il dünya çempionatı nəzərə alınsa, ölkədə futbolun inkişaf etməsi üçün tam zamanıdır.
“Düşünürəm ki, futbol ABŞ-da inkişaf edə bilər və bunun vaxtı gəlib çatıb. Gələn yay Şimali Amerikada keçiriləcək dünya çempionatında ABŞ azarkeşləri üçün izlənilmək baxımından əla fürsət olacaq. Düşünürəm ki, ABŞ çox yaxşı çıxış edəcək”, - deyə Messi bildirib.
İdman.Biz bildirir ki, 2026-cı il dünya çempionatı üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Yarışın finalı iyunun 19-da olacaq. Turnirdə qırx səkkiz milli komanda iştirak edəcək.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
