Getdikcə daha çox insan internetdə olan əhəmiyyətsiz məzmunları həddindən artıq istehlak edir. Bu zaman insan bundan qaynaqlanan zehni duman, diqqət müddətinin və dərkin azalması ilə xarakterizə olunan beyin çürüməsindən şikayətlənir.
Hakimiyyet.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bununla mübarizə aparmağın mütləqliyini vurğulayıblar. Onlar bildiriblər ki, insan bunu özündən uzaqlaşdırmalıdır:
Sosial media istifadəsini azaldın
Şüurunuzu artırın
Rəqəmsal detoks edin
Zehnini itiləşdirmək üçün məşq edin
Tək bir işə diqqət yetirin
Sosial həyatınızı canlandırın (axsam.az)