AZ

Messi bu idmançılara heyran olub

Səkkizqat “Qızıl Top” sahibi Lionel Messi açıqlama verib.

Publika.az xəbər verir ki, karyerası boyunca onu ilhamlandıran idmançıları sadalayıb.

“Biz, argentinalılar üçün Dieqo Maradona həmişə ən böyük qəhrəmanımız və ən çox heyranlıq duyduğumuz şəxs olub, çünki o, bizim üçün çox şey demək idi. Mən onun oyununu kiçik yaşlarımda canlı izləyirdim. Dieqo üçün heç bir sərhəd yox idi.

Digər idman növlərinə gəlincə, eyni şeyi Maykl Cordan haqqında da deyə bilərəm. Mən həmçinin Roje Federer, Rafael Nadal və Novak Cokoviç kimi tennisçilərə böyük hörmət bəsləyirəm. Mən hesab edirəm ki, bu üçlüyün sayəsində tennisdə rəqabət əvvəllər olduğundan daha ciddi oldu.

Seçilən
31
2
publika.az

10Mənbələr