AZ

Qadınlardan ibarət basketbol millimiz “EuroBasket 2027”in seçmə mərhələsinə start verir

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Basketbol üzrə qadın millimiz Avropa çempionatının seçmə mərhələsinə start verir.

İdman.Biz bildirir ki, 12–18 noyabr tarixlərində “FIBA Women’s EuroBasket 2027” seçmə mərhələsində Azərbaycan millisi E qrupunda Bolqarıstan, Monteneqro və Ukrayna komandalarına qarşı mübarizə aparacaq.

Millimiz ilk iki oyununu Bakı İdman Sarayında keçirəcək. Noyabrın 12-də basketbolçularımız Bolqarıstan, 15-də isə Monteneqro ilə qarşılaşacaqlar.

Qrupdakı növbəti oyunu isə basketbolçularımız səfərdə keçirəcəklər. Belə ki, noyabrın 18-də millimiz Ukraynaya qarşı oynayacaq.

Oyun Riqаdakı “Rimi” Olimpiya Mərkəzində olacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
icma.az

2Mənbələr