AZ

Konservləri bu formada SAXLAMAYIN

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Konservlərin radiatorun yanında saxlanması məhsulun xarab olmasına və bakteriyaların çoxalmasına səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu haqda life.ru-ya Asiyat Abdullayeva xəbərdarlıq edib.

Bioloqun sözlərinə görə, isti radiator konservlərin xarab olmasına səbəb ola bilər, çünki istilik kimyəvi parçalanma proseslərini sürətləndirir və məhsulun saxlanma müddətini azaldır.

Abdullayeva bildirib ki, yüksək temperatur bakteriyaların çoxalmasına şərait yaradır, bu da bankaların şişməsinə və ya zədələnməsinə gətirib çıxara bilər.

Mütəxəssis konservləri 18-20 dərəcədən aşağı temperaturda, quru və sabit şəraitdə saxlamağı tövsiyə edib:

“Konservləri radiatorlardan və istilik mənbələrindən uzaqda saxlamaq daha məqsədəuyğundur ki, məhsulun keyfiyyəti və təhlükəsizliyi qorunsun.”

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
redaktor.az

2Mənbələr