AZ

Ukrayna və Avropa rəsmiləri atəşkəs planını müzakirə edəcək

Ukrayna və Avropa rəsmiləri atəşkəs planının detallarını müzakirə etmək üçün növbəti günlərdə görüş keçirəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.

“Bu müharibəni bitirmək planı deyil. Hər şeydən əvvəl, bizə atəşkəs lazımdır. Bu diplomatiyaya başlamaq planıdır. Bizim məsləhətçilərimiz növbəti günlərdə görüşəcəklər. Biz görüşü cümə və ya şənbə gününə razılaşdırmışıq”, - Zelenski bildirib.

Seçilən
25
5
apa.az

10Mənbələr