ain.az, Bizim media saytına istinadən bildirir.
Bu gün sizə 44 günlük Vətən Müharibəsinin qəhrəman oğullarından biri – şəhid Sərxan Məmmədovdan danışacağıq.Sərxan 1993-cü ildə Yevlax rayonunun Nemətabad kəndində dünyaya göz açıb. Uşaqlıqdan tərbiyəsi, mərdliyi və səmimiyyəti ilə kəndin sevimlisinə çevrilib.2012-ci ildə hərbi xidmətə yollanan Sərxan, əsgəri borcunu şərəflə yerinə yetirərək evinə dönür. Xəstə atasına dayaq olur, ailəsinə kömək edir, amma qəlbində bir arzu yaşayır – hərbçi olmaq arzusu...Böyük səylərdən sonra arzusu reallaşır. 2020-ci ilin aprelində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qoşulur. Elə həmin ilin payızında başlayan Vətən Müharibəsinə qatılır.Ən ağır döyüşlərdən biri – Suqovuşan uğrunda gedən mübarizədə igidliklə vuruşurOktyabrın 13-də ailəsinə zəng edir. Son sözləri isə belə olur: “Ağır əməliyyatlara girirəm. İnşallah sağ çıxım, qızımı gətirərsiz, görüm… Onun üçün çox darıxmışam”Sərxan Məmmədov Suqovuşan istiqamətində qəhrəmancasına şəhid olur. Onun nəşi 13 gün neytral zonada qalır və yalnız oktyabrın 27-də doğma torpağa – Yevlax rayon Şəhidlər Xiyabanına gətirilir.Gülpəri ana hələ də oğlunun yoxluğu ilə barışa bilmir: Ətraflı Bizim.Media-nın videosüjetində:
Leyla Vəfadar, Pərviz Allahverdiyev, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        