Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın28-də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin vəMəmmədbəyli kəndinin açılışlarında iştirak edib.
Trend xəbər verir ki, Ağalıkəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103ədəddir. Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib. Kənddəbütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış vəqeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdəkombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olanpark salınıb. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə dəqonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyətgöstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Buzonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçünbütün şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləriəkilib.
x x x
Sonra Prezident İlham Əliyev Məmmədbəyli kəndinin açılışındaiştirak edib.
Dövlətimizin başçısına kənddə yaradılan şərait barədə məlumatverildi.
Bildirildi ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraqhasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq,qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxiliyollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası dainşa olunub. İnzibati binalarda, eləcə də keçid və istinaddivarlarında zövqlə işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumigörünüşünə əlavə çalarlar qatır. Məmmədbəyli kəndi Ağalı kəndinəçox yaxın məsafədə yerləşdiyindən iqtisadi səmərəliliyin təminolunması məqsədilə bu kəndləri birləşdirən keçid inşa edilib ki, buda 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlikuşaq bağçasından, Ailə sağlamlıq mərkəzindən, məişət xidmətiobyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindənvə digər qeyri-yaşayış təyinatlı obyektlərdən istifadəninrahatlığını təmin edəcək.
Kənddə yaradılmış şəraitlə tanış olandan sonra dövlətimizinbaşçısı Məmmədbəyli və Ağalı kəndlərinə köçən sakinlərlə görüşüb,onlara mənzillərin açarlarını təqdim edib.