"Kəpəz" Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Ağstafa Gəncləri"ni 6:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov bu oyunda gənc futbolçulara şans verməyindən söz açıb:

"Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçlarında daha yaxşı "Kəpəz" görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardır. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun".