AZ

Skuter qadağasının Özbəkistan modeli: NƏ DƏYİŞİB?

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Oktyabrın 1-dən Özbəkistanda skuterlər üçün nömrə nişanı və sürücülük vəsiqəsi tələbi qüvvəyə minib.

Avtosfer.az xəbər verir ki, ilk günlərdə əhali dəyişikliyi ciddi qarşılamasa da, polis reydlərindən sonra vəziyyət dəyişib. İndi Daşkənd küçələrində skuterlər təkəmseyrək gözə dəyir. 

Qadağa ilk növbədə kuryerlərin işini ağırlaşdırıb. İndi onlar velosipedlə hərəkət etməyə məcburdurlar. Lakin velosiped skuter qədər praktik olmadığından onlar ən çoxu 6 kilometr məsafədə yerləşən sifarişçiyə çatdırma həyata keçirə bilirlər. Velosiped yorucu olduğundan çatdırma sayı da aşağı düşür. Bu səbəbdən şəhərdə kuryer xidməti ciddi şəkildə bahalaşıb. 

Sürücülük vəsiqəsi almaq isə çox baha olduğundan buna maraq göstərən azdır.

Qadağa restoran sektoruna ciddi ziyan vurub. Bir sözlə, qadağa skuterlərlə bağlı qəzaları azaltsa da, bəzi sektorların ziyanına işləyir.

Bu xəbər də sizə maraqlı ola bilər:

https://avtosfer.az/az/hadise/ozbekistanda-kuryoz-skuter-surmek-isteyen-motosikletle-imtahan-versin-302391

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
avtosfer.az

1Mənbələr