BAKI, 28 oktyabr. TELEQRAF
“Ukrayna Rusiya tərəfindən ələ keçirilmiş əraziləri geri qaytara bilməyəcək”.
Teleqraf xəbər verir ki, bunu İtaliya müdafiə naziri Quido Krozetto deyib.
“Hər kəs hesab edir ki, 2014-cü il və 2022-ci ilin fevralından sonra itirilmiş əraziləri geri almaq mümkün deyil. Rusiya onları heç vaxt geri verməyəcək, Ukrayna isə hətta bizim köməyimizlə belə onları özbaşına geri ala bilməyəcək”, - o qeyd edib.
Krozetto iddia edib ki, Rusiya üçün bu ərazilərin danışıqlar mövzusu olması mümkün deyil, çünki onların “status”u Rusiya Konstitusiyasında təsbit olunub.