AZ

Ürək-damar xəstəlikləri üzrə dərmanların pulunu tibbi sığorta ödəyəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gələn il də Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlərin maliyyələşməsini genişləndirəcəkdir. Hazırda Agentlik Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi, ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə sığorta hesabına qarşılanması istiqamətində işlər aparır.

Bu barədə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri səhiyyə sahəsidir. Azərbaycan Respublikasında son illər ərzində bu istiqamətdə aparılan davamlı islahatlar nəticəsində səhiyyə sisteminin institusional və infrastruktur əsasları gücləndirilmiş, icbari tibbi sığorta mexanizminin tətbiqi genişləndirilmiş, müasir tibb müəssisələri istifadəyə verilmişdir. Aparılan islahatların əsas məqsədi hər bir vətəndaşa keyfiyyətli, əlçatan və bərabər tibbi xidmətlərin göstərilməsinin təmin edilməsidir.

Qeyd edilməlidir ki, səhiyyə sahəsinə dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq, bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən ilə artmaqdadır. Belə ki, 2026-cı il üçün icmal büdcənin səhiyyə xərcləri 3 milyard 746 milyon manat müəyyən edilmişdir. Bu 2024-cü il ilə müqayisədə 1 milyard 70 milyon manat və ya 40 %, 2025-ci il ilə müqayisədə isə 227 milyon manat və ya 6,4 % çoxdur. Son 5 ildə ümumilikdə səhiyyə xərcləri mütləq ifadədə 2.3 milyard manat və ya 2.6 dəfə artmışdır.

Seçilən
9
7
azpost.info

10Mənbələr