AZ

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

BAKI, 28 oktyabr. TELEQRAF

“Bakı Fond Birjası” QSC-dəMaliyyə Nazirliyinin AZ0201120034 ISIN kodlu, tədavül müddəti 720 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, AZ0201120034 kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 74,7 milyon manat təşkil edib.

Nazirlik tərəfindən 19,9 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.5978 (6,4500%) və kəsmə qiyməti 100.5055 (6.5000%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 30 sentyabr 2027-ci ildir.

Seçilən
30
2
teleqraf.com

6Mənbələr