AZ

Qərbi Zəngəzurda bir nəfər minaya düşüb

Qərbi Zəngəzur bölgəsində bir nəfərin yaralandığı hadisə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, həmin şəxs minaya düşərək xəsarət alıb.

Bundan əvvəl bildirilmişdi ki, oktyabrın 27-də Zəngəzur (Sünik) rayonunda hadisə baş verib, bir vətəndaş xəsarətlə xəstəxanaya çatdırılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir:

“Polisə Sünik rayonunda bir ovçunun yaralanması barədə məlumat daxil olub. Faktla bağlı vəziyyət araşdırılır”.

Minaya düşən 31 yaşlı Qorayk icmasının sakini Ara Arustamyandır.

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr