AZ

Monteneqrodakı azərbaycanlılarla bağlı - AÇIQLAMA

Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasından sonra yaranan iğtişaşlar zamanı Türkiyə vətəndaşı ilə yanaşı Azərbaycan vətəndaşı 31 yaşlı Yaqub Qurbanov da saxlanılıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan-Monteneqro Parlamentlərarası İşçi Qrupunun sədri Əli Məsimli Modern.az-a açıqlamasında saxlanılanlardan biri istisna olunmaqla, digər azərbaycanlıların buraxıldığını açıqlayıb.

 

“Monteneqroda baş verən bəzi iğtişaşlar barədə məlumatım var. Oradakı insidentlə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının biri istisna olmaqla, qalanları buraxılıb. Həmin bir nəfərlə bağlı isə hələ yalnız araşdırma gedir. Azərbaycan vətəndaşları yaşadıqları binanın yerli sakinləri tərəfindən daşlanması ilə əlaqədar aidiyyəti orqanlara müraciət ediblər. Müvafiq sorğular, digər müraciətlər də var. Araşdırma davam edir. Həmin sorğular cavablandırıldıqdan sonra məsələyə aydınlıq gələcək”.

Ə.Məsimli hər iki tərəfin baş verənlərin obyektiv araşdırılmasında maraqlı olduğunu vurğulayıb: “Azərbaycanla Monteneqro arasında qarşılıqlı hörmətə əsaslanan, qarşılıqlı faydalı və perspektivli əlaqələr qurulub. Hər iki tərəfin səyi ilə bu əlaqələr inkişaf etdirilir. Ona görə də hər iki tərəf maraqlıdır ki, baş verənlər obyektiv araşdırılsın, normallaşsın və münasibətlər artan xəttlə daha da inkişaf etsin”.

Qeyd edək ki, miqrasiya qaydalarını pozduğuna görə daha 45 nəfər nəzarətə götürülüb. Onlardan 7-si cərimələnib, 8 nəfər barəsində deportasiya qərarı çıxarılıb, 2 nəfər isə istintaq tamamlanana qədər nəzarət altında saxlanılacaq.

Seçilən
18
4
avtosfer.az

5Mənbələr