AZ

Məhkəmə Bakıda saxlanılan ruslarla bağlı QƏRAR VERDİ

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində qərar verilib.

Musavat.com xəbər verir ki, bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib.

Məlumata görə, Səbail Rayon Məhkəməsində onlar barəsində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, hənin şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Onlar barəsində iyulun 1-də Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Seçilən
21
8
musavat.com

10Mənbələr