Azərbaycan Dövlət Pantomim Teatrının binasında bərpa və əsaslı təmir işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına 158 356 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, sifarişçi Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC-dir.
Xidməti isə “Cronos Construction” MMC göstərəcək. Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 28 Oktyabr 2025, 16:16