AZ

Bakıda keçiriləcək "Art Weekend" çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq (VİDEO)

Bakı. Trend:

Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda “Bakıya Uçuş.İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend.Sense the Future NOW”) adlı möhtəşəm İncəsənət Festivalıkeçiriləcək.

Trend xəbər verirki, bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı bir arayagətirəcək.

Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinintəşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı iləgerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər ƏliyevFondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi LeylaƏliyevadır.

Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq vəkəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqətokeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dilivasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın,yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su –davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi “ArtWeekend”in əsas elementi seçilib.

Festivalın əsas mövzusu - həyatın, yenilənmənin və dayanıqlıinkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektivyaddaşı təcəssüm etdirən su, “Art Weekend”in əsas elementi kimiseçilib və bu, Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti iləmənalı dialoquna töhfə verəcək.

Tədbirlərdən biri Bakının qədim hissəsində – İçərişəhərdə, XVIIəsrə aid Yeraltı hamamda keçiriləcək. Burada “Axar yaddaş” adlıkollektiv sərgi təqdim olunacaq – bu ekspozisiya hamammədəniyyətinin müasir yozumudur. Layihədə əməkdar rəssam SəbinəŞıxlinskaya, gənc istedadlar Nərgiz Əsgərova, Aliyə Bayramova vəTimur Zaripoviç iştirak edirlər.

Sərginin kuratoru Mənsurə Məmmədəliyeva bildirib ki, ekspozisiyatəkcə ənənələri tərənnüm etmir, həm də Azərbaycanın hamammədəniyyəti və tarixinin çoxqatlı semantikasını su, yaddaş vətəmizlik prizmasından araşdırır:

“Sərgi çərçivəsində hamam yalnız fiziki məkan kimi deyil, həm dəsosial münasibətlərin, şəxsi xatirələrin və mədəni varisliyindaşıyıcısı kimi təqdim olunur. Rəssamların əsərləri hamamı axaryaddaşın, nəsilləri və təcrübələri birləşdirən, kollektiv kimliyiformalaşdıran və tarixi-mədəni irsi yenidən dəyərləndirən bir məkankimi göstərir”, - Mənsurə Məmmədəliyeva Trend-ə bildirib.

Səbinə Şıxlinskaya isə “Hamam” adlı video-installasiyanı təqdimedəcək. Bu əsər 2006-cı ildə yaradılıb və bu illər ərzində müxtəlifversiyalarda təxminən on beş ölkədə uğurla nümayiş etdirilib.Rəssam bu işdə sufi təmizlənmə ritualını araşdırır. İnteraktivinstallyasiya Xalq artisti, bəstəkar Fərac Kərayevin “Nostalgiya”əsəri ilə müşayiət olunur.

“Hamam tarixən təkcə fiziki deyil, həm də mənəvi saflaşmanısimvolizə edib və insanın kainatın sirlərinə yaxınlaşmasına şəraityaradıb. Installasiyada su, təmizlik və transformasiyanı ifadə edənvizual obrazlar ənənəvi rituaların meditativ atmosferi iləbirləşir. Mənim işim həm də milli irsin qorunmasına, ona sevgi vədiqqətlə yanaşmağa yönəlib”,- deyə Səbinə Şıxlinskayavurğulayıb.

Nərgiz Əsgərova “Su kimi ol” adlı unikal nano video-art əsərinitəqdim edəcək. Bu əsər suyun mədəni və simvolik qatlarınıaraşdırır. Rəssam üçün su təkcə həyat mənbəyi deyil, həm də mədəniyaddaşın daşıyıcısı, təmizlənmə, yenilənmə və çevrilmə rəmzidir.Nano-art texnologiyalarından istifadə edərək müəllif suyun kimliyiqoruyan transformasiya gücünü ön plana çəkir və simvolizmləinnovasiyanı birləşdirir.

Giriş sərbəstdir. Qeydiyyat üçün bu ünvana daxil olun! https://bakuartweekend.az/az/register/

Подписывайтесь на наш канал в WhatsApp, и будьте в курсеглавных новостей!

Məqalədə:
Seçilən
63
4
az.trend.az

5Mənbələr