AZ

Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıb (FOTO)

Bakı. Trend:

ADA Universiteti, onun nəzdində fəaliyyət göstərən İnkişaf vəDiplomatiya İnstitutu və Xarici İşlər Nazirliyi tərəfindən “XəzərHövzəsi Araşdırmalar Proqramı” çərçivəsində birgə təşkil olunansessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə fəaliyyətgöstərən xarici diplomatlardan bir qrupuna “Azərbaycanda məcburiköçkünlər probleminin həlli - uzunmüddətli məcburi köçkünlük vəhəsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə oxuyub.

Trend xəbərverir ki, komitə sədrinin müavini Ermənistanın vaxtilə Azərbaycanaqarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasətinəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünhəyatı yaşamağa məcbur qalması, onların uzun illər yarımçıqbinalarda, zirzəmilərdə, yataqxanalarda ağır və dözülməz şəraitdəməskunlaşması barədə məlumat verib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi iləölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı kompleks vəməqsədyönlü dövlət siyasəti müəyyənləşdirilib. Bu kateqoriyadanolan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayışşəraitinin yaxşılaşdırılması sahəsində davamlı tədbirlər görülür.Birinci vitse-prezident Mehriban Əliyeva da qaçqınlar və məcburiköçkünlərlə bağlı məsələlərə xüsusi diqqət və həssaslıqla yanaşır,onların rifahının yüksəldilməsinə təsirli dəstək göstərir.

Məruzədə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərinbərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğmayurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışınıntəmin edilməsi hazırda dövlət siyasətinin əsasprioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirləryalnız daxili sabitliyə deyil, bütün regionda təhlükəsizliyə vəəmin-amanlığa mühüm töhfə verir. Böyük Qayıdış prosesi ölkəninsosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamət kimi“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”sənədində yer alıb.

Qeyd olunub ki, hazırda işğaldan azad olunmuş ərazilərdəgenişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bununlayanaşı, köç prosesinin səmərəli təşkili və köçkünlərinmaarifləndirilməsi məqsədilə təbliğat-təşviqat işlərininaparılması, xüsusi qaynar xətt xidmətinin yaradılması vəreinteqrasiya tərbirləri Böyük Qayıdışa dair I Dövlət Proqramınınprioritetləri sırasındadır.

Bildirilib ki, Ermənistan uzun illər işğalda saxladığıAzərbaycan ərazilərini kütləvi şəkildə mina ilə çirkləndirib və buda Böyük Qayıdış prosesinə ciddi maneələr yaradır. Azərbaycan buməsələnin beynəlxalq müstəvidə həllinə çalışır.

Vurğulanıb ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburiköçkünlərin problemlərinin həlli deyil, həm də postmünaqişədövründə reabilitasiya və reinteqrasiya sahəsində dünya miqyasındanümunəvi bir model formalaşdırmaqdadır.

Eyni zamanda hazırda Azərbaycan və Ermənistan arasında sülh vəbarışığın əldə edilməsi üçün ciddi addımlar atıldığı, bu ilinavqustunda ABŞ-də Prezident Trampın təşəbbüsü ilə hər iki dövlətinliderlərinin Sülh memorandumu imzaladığı, bölgənin yenimünasibətlər mərhələsinə qədəm qoyduğu vurğulanıb.

Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsi tərəfindən Böyük Qayıdışı tərənnüm edən film vəvideoçarxlar nümayiş etdirilib.

Tədbirin sonunda sədr müavini Fuad Hüseynov iştirakçılarınqayıdış prosesi və dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlısuallarını ətraflı şəkildə cavablandırıb.

Diplomatlar
Diplomatlar
Diplomatlar
Diplomatlar
Diplomatlar
Seçilən
38
7
az.trend.az

8Mənbələr