AZ

Ermənistandan Rusiyaya sərt təpki: İmkan verməyəcəyik

BAKI, 28 oktyabr. TELEQRAF

“Rusiyaya imkan verməyəcəyik ki, bizə Ermənistanı necə xilas etməli olduğumuzu göstərin. Bizim kifayət qədər xilaskarlarımız var, erməni xalqının Ermənistanın hüdudlarından kənarda xilaskara ehtiyacı yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Sərkis Xandanyan deyib.

Deputat bildirib ki, Ermənistanda da Moldovada olduğu kimi, seçkilərdən əvvəl hibrid hücumlar müşahidə olunur.

Seçilən
35
teleqraf.com

1Mənbələr