Xocalının Badara kəndində mənzillərin açarları təqdim edilib - FOTO
Ajans.az xəbər verir ki, sakinlərə mənzillərin açarlarını təqdimetmə mərasimində çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad edilmiş digər yaşayış məntəqələri kimi Badara kəndində də genişmiqyaslı tikinti-bərpa işləri həyata keçirilir. Onun sözlərinə görə, kənddə infrastrukturun yenidən qurulması ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunması istiqamətində də tədbirlər görülür. “Köçən bütün ailələrin məşğulluğu məsələsi diqqət mərkəzindədir. Bunun üçün müxtəlif istiqamətlərdə işlər planlı şəkildə həyata keçirilir. Xatırladaq ki, bundan əvvəlki qqqmərhələdə Badara kəndinə 14 ailə (55 nəfər) köçürülmüşdü. Beləliklə, bu kəndə qayıdan ailələrin sayı 31-ə, sakinlərin ümumi sayı isə 117-yə çatdı.