AZ

Türkiyədə şiddətli zəlzələ: sanki atom bombası partladı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Balıkesirin Sındırqı ilçəsində baş verən zəlzələnin şiddəti 6,1 olaraq ölçülüb, mərkəzdəki şiddəti 8 olaraq müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, türkiyəli professor Okan Tüysüz zəlzələnin şiddətini müqayisə edib.

“Bu zəlzələnin yaratdığı enerji təxminən bir atom bombasının partlaması qədərdir. 20 min ton dinamitin eyni anda partlamasına bərabər bir enerjidir”, – o vurğulayıb.

O.Tüysüz bildirib ki, bu zəlzələdən sonra başqa böyük zəlzələ gözlənilmir.

Qeyd edək ki, ötən gün Sındırqıda 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində dağıntılar və yaralananlar olub.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr