Suriyanın yeni hökumətindən ibarət nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvaya səfər edib.
"Cebheinfo.az"-ın SANA agentliyinə istinadən məlumatına görə, heyət səfirlik xidmətlərinin və konsulluq prosedurlarının bərpası üzərində işləyəcək.
Bildirilir ki, Suriyada Rusiya səfirliyin tam fəaliyyətə başlamasının əsas məqsədi “Rusiyada yaşayan Suriya vətəndaşlarına sabit və yüksək səviyyəli xidmət göstərmək”dir. Hazırda səfirlik məhdud iş saatları ilə fəaliyyət göstərir.
Qeyd olunur ki, Moskvanın Suriya üzrə səfiri ölkəsinə geri çağırılacaq və səfirlik müvəqqəti olaraq müşavir tərəfindən idarə olunacaq. Amma yeni səfirin təyin olunması ilə bağlı konkret vaxt açıqlanmayıb.
Bu addım iki müttəfiq ölkə arasında diplomatik münasibətlərin tam şəkildə normallaşması prosesinin bir hissəsi kimi qiymətləndirilir.
Səfirliyin tam gücü ilə fəaliyyətə başlaması, xüsusilə konsulluq xidmətləri olmaqla, ikitərəfli əlaqələrin bütün sahələrinin gücləndirilməsinə töhfə verəcək.