AZ

Gürcüstanda miqrasiya qaydalarını pozan 5 əcnəbi saxlanılıb

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində Hindistan, Pakistan, Nigeriya və Nepal vətəndaşı olan ümumilikdə 5 nəfər saxlanılıb.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirliyin məlumatına görə, həmin şəxslərin ölkədə qalmaq üçün heç bir hüquqi əsasları olmayıb. Onlar sığınacaq prosedurlarından sui-istifadə edərək illərlə ölkədə qanunsuz yaşayıblar.

Saxlanılan şəxslər onlara verilmiş ölkəni könüllü tərk etmək barədə qərarın icrası üçün müəyyən olunmuş müddətə də əməl etməyiblər. Bu səbəbdən Miqrasiya Departamenti onların saxlanılması barədə qərar qəbul edib.

Hazırda həmin şəxslər Miqrasiya Departamentinin Müvəqqəti Saxlanma Mərkəzinə yerləşdiriliblər və yaxın müddətdə mənsub olduqları ölkələrə geri göndəriləcəklər.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
bakivaxti.az

2Mənbələr