AZ

Binaların giriş-çıxışında quraşdırılan şlaqbaumlar FHN-nin fəaliyyətinə mane olur - FHN rəsmisi

Bakı.Trend:

Binaların giriş-çıxış yolları üzərində şlaqbaumlarınquraşdırılması yanğın təhlükəsizlik qaydalarının pozuntusu ilənəticələnir.

Bu fikirləri Trend-ə müsahibəsində Dövlət Yanğın NəzarətiXidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyevbildirib.

O, qeyd edib ki, şlaqbaumun açılması, idarə edilməsi bir insanıniradəsinə həvalə edilibdirsə, əraziyə yanğın avtomobili gələrkənhəmin maneə yanğın obyektinə FHN maşınlarının yaxınlaşmasında ciddivaxt itkisinə səbəb olur.

"Bu növ məhdudiyyətlər yanğınların inkişafı üçün tələb olunanmünbit şəraitin formalaşmasına xidmət edir. Yanğında hər dəqiqəninhökmü var. Nazirlər kabinetinin 143 nömrəli qərarına əsasən, xüsusivə mühüm əhəmiyyətli obyektlərin ərazisinin fiziki mühafizəsiməqsədilə mühəndis kommunikasiya qurğularının tətbiqi ilə bağlınormativlər mövcuddur. Bu normaya əsasən qeyd edilən ərazilərdəfiziki sahənin mühafizəsi üçün avtomatik çəpərləmə mexanizmi olanşlaqbaunun quraşdırılmasına yol verilir. Onun idarəetmə pultu isənəzarət buraxılış məntəqəsində olmalıdır".

FHN rəsmisi əlavə edib ki, övladlarımızı maşınvurmatəhlükəsindən qoruduğunu düşündüyümüz şlaqbaumlar və digəravadanlıqlar baş verən yanğında bir sıra fəsadlara səbəb olabilər.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr