AZ

Balıkesirdə daha bir güclü zəlzələ oldu

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,6 bal gücündə daha bir zəlzələ olub.
ONN media xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 10:10-da (Bakı vaxtilə 11:10), yerin 6,22 km dərinliyində baş verib. Yeraltı təkanlar İstanbulda da hiss olunub.
Qeyd edək ki, dünən Sındırqı rayonunda yerli vaxtla saat 22:50-də (Bakı vaxtı ilə 23:50) 6,1 bal gücündə zəlzələ baş verib. Nəticədə 22 nəfər xəsarət alıb.
Seçilən
9
1
onn.az

2Mənbələr