Hurriyyet.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Xankəndi şəhərində keçirilən sammitin İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin əməkdaşlığı möhkəmləndirmək məsələsində qəyiyyətlərini nümayiş etdirdiyini söyləyib, bu işdə Azərbaycanın mühüm rol oynadığını qeyd edib. Bu barədə "Mehr" agentliyi məlumat verib.
İqtisadi Əməkdaşlıq Təşkilatının daxili işlər nazirlərinin Tehranda keçirilən IV iclasında çıxış edən İran Prezidenti qeyd edib ki, bu yaxındlarda Xankəndi şəhərində keçirilmiş İƏT sammiti regional dövlətlərin tərəfdaşlığı gücləndirmək və davamlı inkişaf və təhlükəsizliyi təmin etmək üçün birgə işləmək əzminin artmasını göstərib.
Prezident sərhəd idarəçiliyi, qanunsuz miqrasiya, insan alveri, narkotik qaçaqmalçılığı, terrorizm və mütəşəkkil cinayətkarlıq kimi sahələrdə birgə səylərin vacibliyini vurğulayıb.
Peşeşkian həmçinin İƏT ölkələri arasında məhkəmə əməkdaşlığının vacibliyini qeyd edərək, regionun xarici müdaxilə və təhdidlərlə üzləşdiyini xatırladıb.
Hürr Tərcüman