"Övladlarım xaricdə olsalar da, məni idarə edirlər. Əvvəl anam idi, indi onlar məni sərbəst qoymurlar".
"Bakuinfo" axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Qonaqcanlı" proqramında deyib. Müğənni bildirib ki, övladları hər zaman onu nəzarətdə saxlayır. N.Ələsgərli bildirib ki, oğlunu evləndirə bilmir: "Ən böyük arzumdur. Oğlum razılaşmır. Bakıya da ona görə gəlmir. Gələn kimi onu incidirəm". Qeyd edək ki, N.Ələsgərlinin bir qız, bir oğul övladı var. Onun oğlu Estoniya, qızı isə Belçikada yaşayır.