Olaylar.az xəbər verir ki, bu barədə Pakistanın "Geo" telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı Pakistan Taliban rejimini "Təhriki-Taliban Pakistan" qruplaşmasına dəstəyini dayandırmağa çağırıb:
"Kabil rejimi Pakistanın terrorizmə qarşı mübarizə tələblərini tam yerinə yetirmək istəməyib. Görüş fikir ayrılıqları ilə müşayiət olunub. Pakistan təkliflərində israr edib, Əfqanıstan isə Kabildən gələn təlimatlarla məhdudlaşıb. Pakistan dəfələrlə öz şərtlərinin yerinə yetirilməsinin ümumi maraqlara uyğun olduğunu vurğulayıb. Lakin Kabil ümidverici cavab verməyib və bu, vəziyyəti daha da gərginləşdirib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31