AZ

Ramiz Mehdiyevin dövləti bu şəxslərlə idarə edəcəkmiş - Aralarında müxalifət liderləri də var

Xəbər verildiyimiz kimi, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyi ilə bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktub yayılıb. "Bakuinfo" xəbər verir ki, sözügedən məktubun mediada tirajlanan mətnində hakimiyyətin 3 qolunun - qanunvericilik, icra, məhkəmə - fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən - təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimlərindən ibarət Dövlət Şurasının həyata keçirəcəyi qeyd edilir. "Dövlət Şurası" üzvlərinin ümumxalq səsverməsi nəticəsində formalaşdırılacağı və "qurum"a "Dövlət Şurası" sədrinin rəhbərlik edəcəyi bildirilir. Hazırda ən çox müzakirə olunan məsələ sözügedən "Dövlət Şurası"nın tərkibində olması nəzərdə tutulan 50 şəxsin kimliyidir. Teleqraf agentliyi R.Mehdiyevin məktubunda sözügedən 50 nəfərlik "Dövlət Şurası üzvləri" arasında AXCP və Müsavat partiyalarının rəhbərliyində təmsil olunan şəxslərin adlarının da olduğu haqda mənbələrə istinadla məlumat yayıb. Həmin siyahı dəqiqləşdirilir. Yaxın vaxtlarda siyahı təqdim olunacaq...

Seçilən
17
17
bakuinfo.net

10Mənbələr