"Oyunun ağır keçəcəyinin fərqindəydik. Baş məşqçimiz həftə ərzində bizi inandırmışdı ki, "Qarabağ"dan xal ala bilərik".
Bunu Fanat.Az-a açıqlamasında Misli Premyer Liqasının 9-cu turunda "Azərsun Arena"da "Qarabağ"la 0:0 hesablı heç-heçə edən "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov deyib.
Arxa xətt oyunçusu "köhlələr"i qonaq qismində büdrətmələri barədə danışıb: "Çox yaxşı oyun sərgilədik, çox yaxşı döyüşdük. Şükürlər olsun, xal qazana bildik. Qol şanslarımız da oldu, amma fürsətlərdən yararlanmadıq. "Qarabağ"la oyunun fasiləsində Ayxan müəllim bizə ik8nci hissədə nəyi daha yaxşı edə biləcəyimizi dedi, öz təlimatlarını verdi. İkinci hissədə qol epizodlarımız oldu... "Qarabağ" kimi komandadan səfərdə 1 xal almaq böyük şeydi. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram".
Nihat