Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni tədris ilində “Sağlam məktəbli” layihəsini davam etdirir.
AQTA-nın təşəbbüsü ilə həyata keçirilən bu maarifləndirmə proqramı şagirdlərin sağlam qidalanma və qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, məktəb mühitində sağlam vərdişləri gücləndirmək məqsədi daşıyır.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində məktəblilərə agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat veriləcək.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən sağlam qidalanma ilə bağlı müxtəlif interaktiv oyunlar təşkil olunacaq. Həmçinin AQTA könüllüləri sagirdlərə maarifləndirici bukletlər paylayacaqlar.
Qeyd edək ki, 2018-ci ildə start verilən “Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilərlə belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.