Bakı.Trend:
Bakı Metropoliteninin “Ulduz” və "Nərimanov" stansiyalarıarasında 1995-ci il 28 oktyabr tarixində baş vermiş yanğınhadisəsinin 30-cu ildönümü anım tədbiri ilə qeyd edilib.
Trend xəbərverir ki, “Ulduz” stansiyasında təşkil olunan tədbirdə metropolitenrəhbərliyi və kollektivin nümayəndələri, Cəmşid Naxçıvanski adınaHərbi Liseyin rəisi və kursantları, hadisə zamanı həyatınıitirənlərin valideynləri və yaxınları iştirak ediblər.
Mərasimdə hadisə qurbanlarının, eləcə də neçə-neçə insanınhəyatının xilas edilməsində böyük fədakarlıq göstərən qəhrəmanlar -Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bölük komandirininsiyasi-hərbi işlər üzrə müavini, baş leytenant Çingiz Babayev,liseyin kursantları Nicat Səfərov, Ruslan İsayev və SamirMəmmədovun xatirəsini əbədiləşdirən, hadisənin təfərrüatlarınıözündə əks etdirən yeni memorial kompleks təqdim olunub.
Kompleksin önünə gül dəstələri qoyulub, faciədə həyatınıitirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, igid Vətənövladlarının əziz xatirəsi ehtiramla anılıb.
Mərasimdə “Bakı Metropoliteni” QSC-nin sədr müavini HidayətMəmmədov, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən MüharibəsiQəhrəmanı polkovnik Anar Mirzəyev, hadisə zamanı qəhrəmancasınahəlak olanların ailə üzvləri və hadisənin şahidi olmuşmetropolitençilər çıxış edib, Hərbi Liseyin kursantları xüsusihazırladıqları şeir-kompozisiyanı təqdim ediblər.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 3 noyabr, 1995-ciil tarixli Fərmanı ilə ölümlərindən sonra Çingiz Adil oğlu BabayevAzərbaycanın Milli Qəhrəmanı adı, kursantlar “İgidliyə görə” medalıilə təltif olunublar.
Hadisə qurbanlarını və həyatlarını başqalarının xilası yolundafəda edən qəhrəmanlar Bakı Metropolitenində daim dərinminnətdarlıqla yad edilir.